23 iyul 2023 15:38
482

"Qarabağ"ın səfər proqramı açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa "Rakov"u ilə ilk oyunu üçün səfər proqramı açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Ağdam təmsilçisi iyulun 25-i saat 11:30-da Polşaya yollanacaq.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı iyulun 25-i Bakı vaxtı ilə 21:40-da başlayacaq. Media nümayəndələri üçün nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə Bakı vaxtı ilə 22:00-da matçın oynanılacağı “Miejski” stadionunda olacaq.

Qeyd edək ki, “Rakov” – “Qarabağ” matçı iyulun 26-da Bakı vaxtı ilə 22:15-də start götürəcək.