23 iyul 2023 00:13
489

"Beşiktaş"ın futbolçusu avtomobil qəzasından sonra hücuma məruz qalıb

Türkiyənin “Beşiktaş” futbol klubunun müdafiəçisi Emrecan Uzunhan qəzaya uğradıqdan sonra hücuma məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

"Futbolçumuz Emrecan Uzunhan bu gün maddi ziyanla nəticələnən yol qəzası keçirib və qəzadan sonra qeyd apararkən yol avtoxuliqanının hücumuna məruz qalıb. MRT nəticəsində 4-cü dərəcəli zədə aşkarlanan futbolçumuza cərrahi müalicəyə başlanılıb”, - məlumatda qeyd edilib.

"TRT Spor"un məlumatına görə, futbolçu 4-6 ayı sıradan çıxaracaq.