“Mercedes”in pilotu Lyuis Hemilton Macarıstan Qran-prisinin sıralama turunun qalibi olub. Yeddiqat “Formula 1” çempionu bu mövsüm ilk dəfə poul pozisiyasına yiyələnib.
“İki sahil” xəbər verir ki, Hemilton “Red Bull” sürücüsü və F1-in ümumi sıralamasındakı lideri Maks Ferstappeni cəmi 0,003 saniyə qabaqlayıb.
Üçüncü sırada isə Lando Norris (“McLaren”) qərarlaşıb.
Qeyd edək ki, Macarıstan Qran-prisinin əsas yarışı bazar günü, iyulun 23-də baş tutacaq.