“Barselona” və “Yuventus” arasında yoldaşlıq görüşü ləğv olub.
“İki sahil” xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb. Bildirilib ki, bu, “Barselona”nın bir sıra futbolçularında qastroenterit virusu aşkarlanması ilə əlaqədardır.
Qarşılaşma ABŞ-da bazar günü Bakı vaxtı ilə saat 06:30-da başlamalı idi.
Qeyd edək ki, “Barselona” ABŞ-da təlim-məşq toplanışındadır.