22 iyul 2023 21:27
545

“Milan”dan yeni transfer

"Milan" "Zalsburq"un hücumçusu Noa Okaforu heyətinə qatıb. 

“İki sahil” Fabrizio Romanonun "Twitter" səhifəsinə istinadən xəbər verir ki, isveçrəli oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm "Zalsburq"da 32 oyuna çıxıb, 10 qol vurub və 5 qolun ötürməsini verib.

Xatırladaq ki, N.Okaforun Avstriya təmsilçisi ilə müqaviləsi gələn ilin yayı başa çatırdı.