Kilian Mbappenin PSJ-nin Yaponiya təlim-məşq toplanışına gedən heyətində yer almayıb.
“İki sahil” klubun saytına istinadən xəbər verir ki, siyahıda fransalı hücumçu yoxdur. Kilianın kiçik qardaşı , 16 yaşlı Ethan Mbappe komanda ilə səfərdədir.
Qeyd edək ki, PSJ ilə müqaviləsini uzatmaq istəməyn Mbappenin satışa çıxarılacağı iddia olunur.
Xatırladaq ki, 24 yaşlı oyunçunun Paris təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.