22 iyul 2023 17:59
414

Ramil Şeydayev Tailand klubunda debüt etdi

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubunda debüt edib.

“İki sahil” xəbər verir ki, o,  “Utai Tani”ə qarşı yoxlama matçında start heyətdə yer alıb. Görüş "Buriram Yunayted"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Sasalak və Doumbouya vurub.

Xatırladaq ki, bu yay "Qarabağ"dan ayrılan Ramil Şeydayev "Buriram Yunayted"lə 2 illik müqavilə bağlayıb.