22 iyul 2023 16:16
522

"Turan Tovuz" Türkiyə klubuna qarşı

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Ayxan Abbasovun komandası Türkiyə 1-ci liqası təmsilçisi “Eyüpspor”la qarşılaşacaq.  Görüş Bolu şəhərində yerləşən Gerde Esentepe stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Turan Tovuz" bunadək Türkiyədə "Adana Demirspor"la üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub. Komanda daha 1 yoxlama oyunu keçirəcək. Tovuz təmsilçisi iyulun 27-də Tanzaniyanın "Simba Sport" kollektivi ilə qarşılaşacaq.

Yoxlama oyunu

18:00 “Turan Tovuz” – “Eyüpspor”

Bolu, Gerde Esentepe stadionu