22 iyul 2023 16:12
378

"Qəbələ" çətin rəqibdir, amma...

“Qəbələ”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Kipr “Omoniya”sının futblçusu Çaralampos Çaralampus təmsilçimizlə keçirəcəkləri matçlardan danışıb.

“İki sahil” sport-fm.com.cy-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi görüşlərin çətin keçəcəyini deyib: "Düşünürəm ki, biz çox yaxşı hazırlaşdıq, hamımız hər gün çox çalışdıq. Bu həftə "Qəbələ" ilə qarşılaşmaq üçün məşq edəcəyik. Bəli, rəqib çətin komandadır, amma biz "Omoniya"yıq. Bunu dəfələrlə göstərmişik, qrup mərhələlərində oynamışıq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik”.

Qeyd edək ki, “Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Nikosiyada keçiriləcək.