22 iyul 2023 15:02
463

"Sumqayıt" "Sivasspor"a qarşı

Növbəti mövsümə Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, Samir Abasovun yetirmələri bu gün baş tutacaq ilk yoxlama oyununda Superliqa təmsilçisi "Sivasspor"la üz-üzə gələcək. 

"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) götürəcək.

Qeyd edək ki, Azərbaycan klublarından "Səbail" də bir neçə gün əvvəl "Sivasspor"la qarşılaşıb və 1:1 bərabərə qalıb.