Lionel Messi "İnter Mayami"də debüt etməsi haqda danışıb.
“İki sahil” xəbər verir ki, argentinalı futbolçu ötən gecə “Kruz Azul”la oyunun (2:1) 54-cü dəqiqəsində ehtiyatdan meydana daxil olub və 94-cü dəqiqədə cərimə zərbəsində qələbə qolunu vurub.
“Azarkeşlərimiz üçün qələbə ilə başlamaq istəyirdim. Yaxşı bir başlanğıc etmək vacib idi. Qol vurmaq üçün son şansım oldu və xoşbəxtlikdən buna nail oldum” - deyə 36 yaşlı hücumçu qeyd edib.