22 iyul 2023 09:14
430

Samuel Umtiti “Lill”də

İspaniyanın “Barselona” klubunun futbolçusu Samuel Umtiti ölkəsi Fransaya qayıdıb.

“İki sahil” xəbər verir ki, kataloniyalılarla sözləşməyə xitam verən 30 yaşlı müdafiəçi “Lill” klubuna keçib.

Milli üzvü yeni komandası ilə 2 illik müqaviləni razılaşdırıb. O, “Lill”ə azad agent kimi keçib.

Qeyd edək ki, “Lion”un yetirməsi olan Samuel Umtiti 2016-cı ildə oradan “Barselona”ya keçib.