Girovluqdan azad olmaq istəyən erməni xalqı korrupsioner, xunta rejiminə “yox” deyir
Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı. Ermənistanda narazı xalq yeni prezident Armen Sarkisyanı və köhnə prezident Serj Sarkisyanı qəbul etmir, Ermənistanda kəskin siyasi hakimiyyət böhranı yaranıb və qarşıdurmanın nə qədər davam edəcəyini söyləmək çətindir.
Onsuz da inkişafdan əsər-əlamət qalmayan, tənəzzül, aclıq və səfalət hökm sürən, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır. Azərbaycanda isə seçkinin nəticələri ilə bağlı ciddi bir narazılıq yaranmadı, Prezident İlham Əliyev böyük səs üstünlüyü ilə daha 7 il hakimiyyətdə qalmaq şansı əldə edərək, yeni hökumət formalaşdırdı. Əvvəlki illərdə dünyada baş verən hadisələr bəzi dövlətlərdə fərqli siyasi mühit yaratdı. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı Ukraynanı qarışdırdı, Moldovada ciddi parlament-prezident böhranı yaratdı, Ermənistanı isə hakimiyyət böhranına və xaosa sürüklədi.
Prezident İlham Əliyev isə Aİ ilə münasibətlərdə həm ölkədaxili müxalifətin, həm Avropa Parlamentinin iradlarına baxmayaraq, fərqli siyasətə üstünlük verdi. Azərbaycan assosiativ saziş deyil, Aİ ilə ikitərəfli əlaqələri ehtiva edən sənədlə bağlı danışıqlara başladı. Bu danışıqlar hələ də davam edir və həm rəsmi Bakı, həm Brüssel bu əməkdaşlıq formatından məmnundur.
Cənab İlham Əliyev antiazərbaycan çevrələrin ittihamlarına baxmayaraq, Azərbaycanı dünyada baş verən iqtisadi böhrandan və “inqilab eksperimentlərindən” qorudu, ölkənin müstəqil qərarlar vermək hüququnu heç kimə güzəştə getmədi. Cənab İlham Əliyev ölkəni müxtəlif siyasi qütblərin təzyiqlərindən qorudu. Bu müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan stabil, təhlükəsiz, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkədir. Azərbaycanda xarici siyasi qüvvələrin təhriki ilə küçələrə axışmağa, rəngli inqilablar etməyə maraqlı olan narazı kütlə yoxdur. Əksinə Ermənistanda küçəyə axışıb inqilab edənlər demokratiya yox, sadəcə insan kimi yaşamaq, ailələrini dolandırmaq, ac qalmamaq haqqı tələb edirlər. Ermənistan rəsmiləri ölkədə yoxsulluğun 30 faizdən yuxarı olduğunu etiraf etsələr də əslində rəqəmlər daha yüksəkdir. Azərbaycan bölgənin və postsovet məkanının sabitlik adasıdır, bu sabitliyin əsası iqtidar - xalq vəhdəti, İlham Əliyev iqtidarının düzgün siyasi kursudur.
2014-cü ildə Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri təxribatlarla bağlı keçirilən müşavirədə Azərbaycan Ordusunun döyüş qabiliyyətindən razı qaldığını bildirən dövlət başçısı , Ali Baş Komandan İlham Əliyev vurğuladı ki, faşist , xunta rejimi ilə idarə olunan, korrupsionerlər ölkəsi Ermənistanın təxribat qruplarının mövqelərimizə müntəzəm müdaxiləsinin qarşısı qətiyyətlə alınacaq. Bildirdi ki, əsgər və zabitlərimizin sayıqlığı, düşmənə layiq olduğu cavab vermək şücaəti aparılan islahatların nəticəsi , eyni zamanda, gənclərimzdə yüksək olan vətənpərvərlik hissinin ifadəsidir. Həmin hadisələrdə, 2016-cı ildə baş verən aprel döyüşlərində Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında aciz qalan Ermənistanın dağınıq ordusunun fərari döyüşçülərinin qorxaqlığını iqtidarın səriştəsizliyi adlandıran siyasilər , hərbi ekspertlər də məğlubiyyətlərini etiraf edərək bildirdilər ki, işğalçı dövlət təhlükəsizliyini özü təmin edə bilmir. O ölkə ki, öz təhlükəsizliyini təmin edə bilmir, müstəqil sayıla bilməz. Bu etiraf əslində siyasi , iqtisadi, hərbi qüdrəti ilə seçilən Azərbaycanla müqayisədə Ermənistanın bir dövlət kimi varlığının təhlükə altında olmasının etirafı idi. Torpaqlarımızın işğaldan azad olunması üçün hər bir əmri yerinə yetirməyə daim hazır olduqlarını bildirən əsgər və zabitlərin peşəkarlığının, hərbi hazırlığının gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizi azad etmək üçün imkanlarını artırması müstəqil Azərbaycanın daxili işidir və bu sahədə kənardan müdaxilə yolverilməzdir.
İllərdən bəridir ki, Ermənistan korrupsioner iqtidar tərəfindən idarə olunur. İqtisadiyyatı çökmüş, nisbətən işlək sənaye müəssisələri Rusiyanın tabeliyinə verilmiş, qalanları isə rəhbərlikdə olanların şəxsi biznesinə çevrilmiş Ermənistanda xalq yalnız xarici ölkələrdən ayrılan ianələr, yaxınlarının göndərdikləri yardımlar hesabına çətinliklə dolanır. Miqrantların sayının artması ilə demoqrafik fəlakətlə üzləşən Ermənistanda hərbi hissələri komplekləşdirmək üçün kadr belə çatışmır. Siyasi, iqtisadi vəziyyət böhran həddindədir.
“Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistanın faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər” söyləyən Prezident İlham Əliyev bu sözləri ilə ermənilərə xalqını uçuruma sürükləyən S.Sarkisyanın səhv siyasətinin törədə biləcəyi fəlakətlər barədə mesaj göndərdi. Dövlət başçımızın uzaqgörənliklə söylədiyi “ erməni xalqının ən böyük düşməni ona rəhbərlik edən hərbi xuntadır. Xalq onu rəzil gününə qoyan, dövləti dalana dirəyən cinayətkar rejimdən xilas olmalıdır” mesajı artıq reallığa çevrilib.
Ermənistanda günlərdən bəri davam edən ümumxalq etiraz aksiyası iştirakçılarının “ Serjik, rədd ol” çağırışları cəmi 6 gün “baş nazir” olan qaniçən Serj Sarkisyana ölüm hökmü idi.
Hakimiyyətdə qalmaq üçün min oyunlardan çıxan, hər cür rəzilliyə əl atan, konstitusiyada dəyişiklik etməklə baş nazir kimi səlahiyyətlərini davam etdirmək istəyən cani, qatil Serj Sarkisyan sonda xalqın qəzəbinə tab gətirməyərək istefa verməyə məcbur oldu. Faşist diktaturasının girovuna çevrilən erməni xalqı, övladları Dağlıq Qarabağ müharibəsində həlak olan analar 20 ildən artıq Qarabağ kartı ilə insanları aldadan faşizm rejiminə “yox” dedilər.
Əsrlərdən bəri türk dünyasına düşmənliyini Azərbaycanda və Türkiyədə törətdikləri terrorlar, qırğınlarla, 31 Mart , Xocalı soyqırımı ilə bildirən daşnakların qanlı əməllərini davam etdirən Sarkisyanın hakimiyyətə təzədən yiyələnmək istəyi fiaskoya uğradı. Daşnakların süni olaraq yaratdıqları 24 aprel- “erməni soyqırımı” ərəfəsində öz milləti tərəfindən “soyqırıma” məruz qalan Serj Sarkisyanın Ermənistan parlamentinin deputatı, “Mənim addımım” etiraz hərəkatının başçısı Nikol Paşinyan tərəfindən siyasi iflasa uğraması Ermənistan barədə var olsa da yoxluq təsəvvürü yaradır. İllərdən bəri münaqişələr üçün bəhanə olan Yerevan erməniləri ilə Dağlıq Qarabağ erməniləri arasındakı kreslo davası, rəqabət, xalq malını mənimsəmə uğrunda davam edən soyğunçuluq sonda xalqın qəzəbinə səbəb oldu. Çünki iqtidardan yalnız bir adam getməyib. “Qarabağ klanı” ciddi zərbə alıb və hakimiyyətdən çəkilməyə məcbur olub.
Azərbaycan xalqının əsl lideri olduğunu 11 aprel prezident seçkilərində qazandığı etimadı ilə təsdiqləyən cənab İlham Əliyevin “ Qarabağ münaqişəsi daha çox Ermənistana, sadə erməni xalqına ziyan vurub. Onlar hərbi faşist diktaturası olan hakimiyyətin girovuna çevriliblər” sözlərini təsdiqləyən hadisələr səfalət içərisində yaşayan erməniləri öz haqlarını tələb etmək üçün meydanlara çağırdı. İqtisadi fəlakətlə üzləşən xalq Ermənistanı şəxsi inhisarına çevirən iqtidara qarşı mübarizə yolunu seçdi.
Təkcə Ermənistanda deyil, Moskva, Paris, Marsel, Berlin, Brüssel şəhərlərində erməni lobbisinin təşkilatçılığı ilə keçirilən aksiyalarda da Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz çağırışları səslənib.
Yəni, bütünlükdə erməni icması növbəti dəfə xalqını aldadaraq “baş nazir kimi başqa problemlərin həlli ilə məşğul olacağını” bildirən Serjin yalançı vədlərini boykot etdi. Ölkədə daha təhlükəli vəziyyətin yaranmasından, hətta fövqalədə halların baş verməsindən ehtiyat edən prezident Armen Sarkisyan nümayişçiləri təmkinli olmağa çağırdı. Amma faşist rejimi ilə idarə olunan iqtidarın özbaşınalığından yorulan, haqqını tələb edən xalq korrupsiya bataqlığında qalan Ermənistandakı vəziyyətlə barışmaq istəmir.
Xalqın etirazı qarşısında tab gətirməyərək “Mən sizə dövlət başçısı kimi sonuncu dəfə müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhvə yol verdim. Yaranmış situasiyada bir neçə həll yolu var , lakin mən bunların heç birinə getmirəm. Bunlar mənə görə deyil. Mən ölkəmizin başçısı vəzifəsini tərk edirəm” söyləyən Serj Sarkisyan azərbaycanlılara qarşı törətdiyi cinayətlərlə dolu erasının başa çatdığını bildirsə də qanlarını axıtdığı günahsız soydaşlarımızın qətli üçün də hesabat verəcəyini unutmamalıdır. Ermənilərin törətdikləri terrorlar nəticəsində, Qarabağ müharibəsində öldürülən dinc əhalinin sayı isə minlərlədir. Uşaq qatili adını körpələrə qarşı törətdiyi cinayətləri ilə qazanan Serj Hitler Almaniyasına xidmət edən Nijde, Dro kimi faşizm ideologiyası tərəfdarlarına abidə ucaltmaqla da qana hərisliyini, vəhşiliyini göstərdi.
...1948-1950-ci illərdə zorla Qərbi Azərbaycandan köçürülən, deportasiya qurbanları olan soydaşlarımız Vətən həsrətinə tab gətirməyərək həyatdan köçmüşlər. 1988-ci ildən başlayan, ermənilərin etnik təmizləmə siyasətinin qurbanları olan azərbaycanlılar fiziki- mənəvi təzyiqlərə, işgəncələrə məruz qalmış, 217 azərbaycanlı qətlə yetirilmiş, dəhşətli erməni vəhşiliyi ilə qarşılaşmışlar. 200 mindən artıq soydaşımız Qərbi Azərbaycandan çıxarılmışdır. Bir faktı xatırlamaqla erməni xislətinin dəhşəti barədə təsəvvür yaratmaq mümkündür. 13-15 yaşlı uşaqları dəmir borulara dolduraraq hər iki tərəfini bağlayan ermənilər, ana ilə iki azyaşlı qızını quyuya ataraq zəhərli ilanların onları necə sancaraq əzabla öldürdüyünü zövqlə izləmişlər. Xocalıda qətlə yetirilən 613 soydaşımızı, 2 mindən artıq əlili, bu gün də əsirlikdə saxlanılaraq min cür əzablara dücar olan soydaşlarımızı xatırlatmaqla Serj Sarkisyanın qatillik əməllərinin heç bir ədalətə, insanlığa sığmadığını xatırlatmaq vaxtıdır.
Daşnak Andronikin, Amazaspın varisləri olan Serj, Robert Koçaryan Xocalıda törədilən qətliamda şəxsən iştirak etdiklərini xarici jurnalistlərə verdikləri müsahibələrində də etiraf edirlər. Acınacaqlısı odur ki, ermənilər belə qaniçənləri xalqına “ qəhrəman” kimi təqdim etməklə gənclərini tarixi düşmən kimi qələmə verdikləri türklərə, azərbaycanlılara qarşı barışmaz olmağa hazırlayırlar.
Erməni faşizminin və erməni olmayan hər kəsə nifrətin subutu terrorçu Qurgen Markaryanın “Xidmət zamanı göstərdiyi mərdlik və fədakarlığa görə” ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilməsini, “ASALA”nın Fransa bölməsinin başçısı Varujan Karapetyana milli qəhrəman adının verilməsini, “ASALA”nın inqilabi hərəkat” adlı qruplaşmasının “Avo” ləqəbli rəhbəri Monte Melkumyana milli qəhrəman kimi abidə ucaldılmasını, Ermənistanın Milli Təhlükəsizlik İdarəsi əməkdaşları Caan Oqanesyanın, Aşot Qaloyanın Rusiya xüsusi xidmət orqanları tərəfindən həbs olunmasını göstərmək olar. Bu kimi faktlar bir daha təsdiqləyir ki, Ermənistan terroru və separatizmi dövlət səviyyəsində dəstəkləyən dövlətdir. MAQ, “Erməni birliyi”, “Daşnaksütyun”, “Erməni azadlıq cəbhəsi”, “Hncaq”, kimi terror qruplaşmalında birləşmiş ermənilərin nahaq axıtdıqları qanları saymaqla bitməz.
Aprel hadisələrində öldürülənlərin sayını gizlətməklə özünü sığortalayan S.Sarkisyan cəbhədə zorla döyüşməyə məcbur edilən və həlak olan erməni əsgərlərinin ölümündə də günahkardır.
Erməni gənclərinin özü kimi qatil olmasını istəyən bu cani onları separatizm, terrorizm ideyaları ilə zəhərləməkdən də çəkinmir. Dağlıq Qarabağı “özününküləşdirən” işğalçı dövlətin sabiq prezidenti utanmadan Ağrı dağını mənimsəməyin yeni nəslin tarixi vəzifəsi olduğunu gənclərə “tövsiyə edir.” Amma Azərbaycan atalar sözlərində deyildiyi kimi, “cidanı çuvalda gizlətmək” mümkün olmadı.
Prezident seçilərkən güc strukturlarından istifadə edərək opponetlərinə qarşı fiziki, ideoloji təsir və təzyiq göstərən Serjikin əməllərinə qarşı çıxanlar arasında güvəndiyi polislərin də olması oyuncaq, forpost rejimin marionet rəhbərinin sonunun gəldiyini göstərir. Azərbaycandakı xalq-iqtidar birliyini, ölkəmizin dünya miqyasında möhkəmlənən mövqeyni, qlobal enerji və nəqliyyat layihələrində iştirak etmək istəyən dövlətlərin ölkəmizə maraq və əməkdaşlıq istəyini görən ermənilərin əvvəl-ağır dözülməz şəraitlərinə qarşı çıxacaqları bəlli idi.
Aprel döyüşlərində Azərbaycan Ordusunun qüdrətini hiss edən Ermənistanın hərbçilərinin belə etirazçılara dəstək olması bütünlükdə işğalçı dövlətin varlığını təhlükə altına alır.
Prezident İlham Əliyevin “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq” sözlərindən təlaşa düşən ermənilər cənab İlham Əliyevin bu mesajından da dərs götürməlidirlər: “O ki qaldı Ermənistana, indi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi. Əfsuslar olsun ki, dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər daim çalışırlar ki, Ermənistanı da bizim təşəbbüsçüsü olduğumuz layihələrin tərkibinə daxil etsinlər. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur.”
Artıq ermənilərin tarixin ibrət dərsindən nəticə çıxarmalarının vaxtıdır. Azərbaycanın yolu da, mübarizəsi, mövqeyi də bəllidir: Lələtəpədə düşmənə göz dağı olan bayrağımızın Xankəndidə, Şuşada, Ermənistanın işğalı altında qalan bütün ərazilərimizdə dalğalanacağı gün uzaqda deyil. Haqqını tələb edən erməni xalqı həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün sözünü deməlidir. “Aclıq, səfalət, ələbaxımlılıq, yoxsa həqiqətən müstəqil dövlət kimi yaşamaq” sualının cavabı erməni xalqının hansı yolu seçməsindən asılıdır.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır