07 aprel 2023 19:33
392

Rəşad Sadıqov: Artıq buraxdığımız qolları şərh etməyə söz tapa bilmirəm

"Artıq buraxdığımız qolları şərh etməyə söz tapa bilmirəm".

“İki sahil” xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Qəbələdə eyniadlı komandaya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis matçla bağlı danışmağın çətin olduğunu bildirib: "Əslində hər şey istədiyimiz kimi gedirdi. Yaxşı qol imkanlarından istifadə edə bilmədik. Qapımızda top gördükdən sonra hesabı bərabərləşdirdik. Amma rəqib ani boşluğumuzdan istifadə edib fərqləndi və qələbə qazandı".