07 aprel 2023 17:27
414

"Milan" İbrahimoviçlə bağlı qərarını verib

"Milan" futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni yeniləməmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.

41 yaşlı İbrahimoviç omba zədəsi aldığı üçün bu mövsüm "Milan"da cəmi 4 oyun keçirib. Meydanda cəmi 144 dəqiqə aalan forvard 1 qol vurub.

Zlatan 2020-ci ildən "Milan"da çıxış edir. Futbolçu klubla 2022-ci ildə A seriyasının qalibi olub. İsveçli hücumçunun "Milan" ilə müqaviləsi bu ilin iyununa qədər nəzərdə tutulub. Onun "Milan"dan ayrılacağı təqdirdə peşəkar futbolçu karyerasına davam edib-etməyəcəyi hələlik məlum deyil.