07 aprel 2023 16:23
454

PSJ-nin prezidenti komandanın məşqində

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi komandanın məşqində şəxsən iştirak edir.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi aprelin 8-də Fransa çempionatında "Nitsa" ilə keçiriləcək oyuna hazırlaşır. Bu gün isə klub rəhbəri komandanın təlim-məşq bazasına gəlib. O, komandanın qarşıdakı oyun öncəsi məşqində iştirak edib.

Məşq zamanı funksioner komandanın futbol məsləhətçisi Luis Kamposla danışıb.

Qeyd edək ki, PSJ Liqa 1-də keçirdiyi son 2 matçda - "Renn" (0: 2 ) və "Lion"la (0:1) görüşlərdə məğlub olub.