06 aprel 2023 17:38
342

Arsen Venger: PSJ-nin ən böyük nailiyyəti Messini transfer etməkdir

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger PSJ haqda danışıb.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, o, Paris təmsilçisinin ən böyük nailiyyətinin Lionel Messini transfer etmək olduğunu deyib: “Hər kəs razılaşmalıdır ki, PSJ-nin indiyə qədər əldə etdiyi ən böyük nailiyyət Messinin onların komandasında oyunçu olması faktıdır. Onlar ona böyük hörmətlə yanaşmalı və başa düşməlidirlər ki, o, futbol tarixinin ən yaxşı oyunçusudur”.

Qeyd edək ki, argentinalı hücumçu  2021-ci ilin yayında Paris təmsilçisinə transfer olunub. Onun klubla müqaviləsi bu mövsümün sonu başa çatır.