02 aprel 2023 01:55
332

"Barselona" darmadağınla qalib gəldi

"Barselona" La Liqada növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Kataloniya təmsilçisi səfərdə "Elçe" ilə qarşılaşıb. "Barselona" 4:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Barselona" turnir cədvəlində 71 xalla liderdir, "Elçe" isə 13 xalla 20-cidir.

"Elçe" 0-4 "Barselona"

Qollar: Levandovski, 20, 66, Fati, 56, Torres, 70