Misli Premyer Liqasında 28-ci turu çərçivəsində “Neftçi” “Zirə”nin qonağı olub.
“İki sahil” xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən oyunun 12-ci dəqiqəsində Kilan Lebon hesabı açıb. 70-ci dəqiqədə isə Kenni Sayef topu özü qapısından keçirərək hesabı bərabərləşdirib – 1-1.
Matç bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
28-ci tur
1 aprel
19:30. “Zirə” 1–1 “Neftçi”
Qol: Kilan Lebon, 12 (0:1), Kenni Sayef, 70-avtoqol (1:1)
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev
Zirə İdman Kompleksinin stadionu