14 mart 2023 13:13
395

"Qarabağ" - "Qalatasaray" matçına biletlər bu qiymətə olacaq

Bakıda "Qarabağ"la "Qalatasaray" arasında keçiriləcək xeyriyyə oyunu üçün biletlərin qiyməti müəyyənləşib.

“İki sahil” xəbər verir ki, sektorlardan asılı olaraq biletlərin qiyməti 3-5-30-50 manat təşkil edəcək. VİP biletlərin qiyməti isə 100 manat olacaq.

Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.