Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, referi Türkiyə klubu “Vakıfbank”la İtaliya təmsilçisi “Vero Volley” arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.
Görüş martın 15-də İstanbulun “Vakıfbank Sport Salonu”unda təşkil olunacaq.
Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək.