"Liverpul"un futbolçusu Məhəmməd Salahın evi qarət olunub.
"İki sahil" "Daily Star"a istinadən xəbər verir ki, hücumçunun Misirin paytaxtı Qahirədəki villasına oğrular girib.
Evə ziyan vuran quldurlar bir neçə elektrik cihazı oğurlayıblar. Qarətçilərin axtarışı davam etdirildiyi bildirilib.