Qadın futbolçulardan ibarət Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Yığmamız aprelin 8-də və 11-də Türkiyə ilə qarşılaşacaq.
Hər iki görüş “Dalğa Arena”da olacaq. Oyunlar saat 16:00-da başlayacaq.