12 mart 2023 21:28
336

Məhəmməd Salahın evi qarət olundu

“Liverpul”un və Misir millisinin futbolçusu Məhəmməd Salahın Qahirədəki evi qarət edilib. 

“İki sahil” xəbər verir ki, ilkin məlumata görə, evdən bir neçə elektrik cihazı oğurlanıb. Başqa əşyaların oğurlanıb-oğurlanmadığı bilinmir.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.