12 mart 2023 20:14
417

"Trabzonspor"dan böyükhesablı qələbə

"Trabzonspor" Türkiyə Superliqasında 24-cü tur oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, son çempion bu dəfə evdə "Adana Demirspor"la qarşılaşıb.Oyun "Trabzonspor"un 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Adana Demirspor" 42 xalla 4-cü, "Trabzonspor" isə 41 xalla 5-cidir. 

Türkiyə Superliqası,

24-cü tur

"Trabzonspor" 4-1 "Adana Demirspor"

Qollar: Yazıcı, 8, Huqo, 78, Viska, 81, Bozok, 90+4 - Ndiaye, 45+1

Qırmızı vərəqə: Belhanda, 22