Misli Premyer Liqasında 26-cı tura yekun vurulub.
“İki sahil” xəbər verir ki, turun son oyununda "Neftçi" səfərdə "Şamaxı"nın qonağı olub.
Matçın 81-ci dəqiqəsində Mateus Saldanya hesabı açıb.
Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami və Səbuhi Bayramovdan ibarət hakimlər briqadasının idarə etdiyi qarşılaşmada başqa qol vurulmayıb.
Misli Premyer Liqası,
26-cı tur
12 mart (bazar)
15:00. “Şamaxı” 0–1 “Neftçi”
Qol: Mateus Saldanya, 81 (0:1)
Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov
Şamaxı şəhər stadionu