11 mart 2023 20:05
469

Sensasiya olmadı

Misli Premyer Liqasının 26-cı turu çərçivəsində Bakının “Səbail” klubu “Qarabağ”ın qonağı olub.

“İki sahil” xəbər verir ki, çempionatın lideri ilə autserinin qarşılaşmasında hesabı meydan sahibləri açıb. Oyunun 24-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev fərqlənib. 34-cü dəqiqədə isə Musa Qurbanlı hesab arasındakı fərqi artırıb – 2-0. Görüşün 53-cü dəqiqəsində isə Julio Romao fərqi üç topa çatdırıb.

Matç bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

26-cı tur

11 mart (şənbə)

18:00. “Qarabağ” 3–0 “Səbail”

Qollar: Elvin Cəfərquliyev, 24, Musa Qurbanlı, 34,  Julio Romao, 53

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə

“Azersun Arena”