Misli Premyer Liqanın 26-cı turunda "Qəbələ" ilə qarşılaşan "Turan Tovuz"un heyətində ciddi itki var.
“İki sahil” xəbər verir ki, oyundan əvvəl Natan Oduva zədələnib. Adı matçın ilk 11-liyində olan ingiltərəli hücumçu isinmə hərəkətləri zamanı ayağından xəsarət alıb. Onun əvəzinə Belajdi Pusi meydana çıxıb.