11 mart 2023 00:24
378

Ruslan Lunyov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan atıcısı Ruslan Lunev “Paris-2024” Yay Olimpiya Oyunlarına lsenziya qazanıb.

“İki sahil”  Azərbaycan Atıcılıq Federasiyasına istinadla xəbər verir ki, Estoniyanın Tallin şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanan idmançımız Olimpiadaya lisenziyanı təmin edib.