10 mart 2023 14:34
344

Neymar 4 ay oynaya bilməyəcək

Neymar sağ dizindən əməliyyat olunub.

“İki sahil” xəbər verir ki, PSJ-nin hücumçusu bu gün Qətərin paytaxtı Dohadakı klinikalardan birində cərrahi müdaxiləyə məruz qalıb.

Braziliya millisinin kapitanının 3-4 aydan sonra məşqlərə qayıdacağı bildirilir.

Qeyd edək ki, 31 yaşlı futbolçu fevralın 19-da Fransa çempionatının XXIV turunun "Lill"ə qarşı matçında (4:3) zədələnmişdi.