10 mart 2023 10:53
382

Ronaldo məyusdur

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunda "Əl-İttihad"da uduzduqları matç (0:1) barədə fikirlərini bölüşüb.

“İki sahil” xəbər verir ki, öz İnstaqram hesabında paylaşım edən 38 yaşlı forvard bu sözləri yazıb: “Nəticədən məyusuq, lakin diqqətimizi mövsümün qalan hissəsinə və qarşıdakı oyunlara yönəltmişik. "Əl-Nəsr" azarkeşlərinə dəstək üçün təşəkkür edirik. Biz sizə güvənə biləcəyimizi bilirik".

Qeyd edək ki, "Əl-Nəsr" hazırda turnir cədvəlində 46 xalla 2-cidir."Əl-İttihad" 46 xalla liderdir. Onlar 1-ci pilləyə məhz ötən gün "Əl-Nəsr"ə qalib gəlmək sayəsində yüksəliblər.