09 mart 2023 17:25
403

"Yuventus" Poqbanı belə cəzalandırdı

"Yuventus"un futbolçusu Pol Poqba intizamsız davranışına görə "Yuventus"un Avropa Liqasının 1/8 finalında "Frayburq"la görüş üçün iştirak ərizəsində yer almayıb. 

“İki sahil” xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi nizam-intizam səbəbi ilə "Yuventus"un heyətindən kənarlaşdırılıb. O, dünən komandanın məşqinə gecikib. 

Qeyd edək ki, Poqba ötən yay "Yuventus"a keçəndən sonra zədələnib və cəmi 2 matçda iştirak edib.

Xatırladaq ki, "Yuvenus" - "Frayburq" görüşü bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.