09 mart 2023 15:54
307

Messi ardıcıl 8 ildir ÇL-də finala çıxa bilmir

PSJ-nin futbolçusu Lionel Messi ardıcıl 8-ci il Çempionlar Liqasının finalını buraxacaq.

“İki sahil” xəbər verir ki, Paris təmsilçisi ÇL-in 1/8 finalında "Bavariya" ilə matçın nəticələrinə əsasən (0:1, 0:2) mübarizəni dayandırıb.

Argentinalı hücumçu PSJ ilə ardıcıl 2 ildir ÇL-in finalına yüksələ bilmir. O, sonuncu dəfə sabiq klubu "Barselona" ilə  2015-ci ildə finala yüksəlib. Həmin vaxt Kataloniya təmsilçisi "Yuventus"a 3:1 hesabı ilə qalib gələrək kuboku qazanıb.