09 mart 2023 14:11
337

Fikirlərim təhrif olunub - Canni De Byazi

Canni De Byazi İtaliya mətbuatında çıxan fikirlərinə aydınlıq gətirib

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında çıxan müsahibəsinə aydınlıq gətirib.

“İki sahil” xəbər verir ki,  67 yaşlı mütəxəssis "Report"a açıqlamasında fikirlərinin təhrif olunduğunu bildirib.

"Mən heç bir KİV-ə hazırkı müqaviləmin müddəti bitdikdən sonra sözləşməni uzatmayacağımı deməmişəm. Söylədim ki, dekabrın 1-dək müqaviləm var və bu, bitdikdən sonra AFFA ilə gələcək əməkdaşlığı müzakirə edəcəyəm. Yalnız bundan sonra mənim yığmanın sükanı arxasında qalıb-qalmayacağım bəlli olacaq", - deyə De Byazi vurğulayıb.

Qeyd edək ki, Canni De Byazi İtaliya mətbuatına müsahibə vermişdi.