09 mart 2023 00:51
370

"Bavariya" PSJ-yə, "Milan" "Tottenhem"ə qarşı

Bu gün Çempionlar Liqasında 1/8 finalın növbəti iki cavab oyunu keçirilir.

“İki sahil” xəbər verir ki, bu görüşlərdən sonra 1/4 finalın daha iki iştirakçısı müəyyənləşəcək.

Maraqla gözlənilən matçlardan biri Münhendə keçirilir. Burada "Bavariya" PSJ-ni qəbul edir. Komandalar arasında Parisdə keçirilən görüş Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Gecənin digər görüşündə isə Milan" səfərdə "Tottenhem"lə qarşılaşır.  Milandakı ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, ötən gecə "Çelsi" və "Benfika" 1/4 finala vəsiqə əldə edib.

8 mart

UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları

00:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa) - 0:0 (Birinci hissə)

Hakimlər: Daniele Orsato, Çiro Karbone, Alessandro Yallatini, Mauritsio Mariani (İtaliya).

İlk oyun - 1:0.

00:00. "Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya) - 0:0 (Birinci hissə)

Hakimlər: Kleman Turpin, Nikolas Danos, Bejamin Paqes, Jeremie Piqnard (Fransa)

İlk oyun - 0:1

14 mart

00:00. "Portu" (Portuqaliya) - "İnter" (İtaliya)

İlk oyun - 0:1

00:00. "Mançester Siti" (İngiltərə)  - "Leyptsiq" (Almaniya)

İlk oyun - 1:1

15 mart

00:00. "Napoli" (İtaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

İlk oyun - 2:0.

00:00. "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə)

İlk oyun - 5:2

 

7 mart

 "Çelsi" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0 

İlk oyun - 0:1

"Benfika" (Portuqaliya) - "Brügge" (Belçika) - 5:1

İlk oyun - 2:0