"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Real"ı çalışdıra bilər.
“İki sahil” İspaniya mətbuatına istinadla xəbər verir ki, 40 yaşlı mütəxəssis Madrid təmsilçisinin diqqətini çəkib. O, hazırkı baş məşqçi Karlo Ançelottinin yerinə əsas namizəddir.
Daha əvvəl bildirilirdi ki, "Real" yaxında Ançelottini istefaya göndərəcək.
Qeyd edək ki, Arteta 2019-cu ilin dekabrından "Arsenal"a baş məşqçilik edir. London klubu hazırda Premyer Liqanın turnir cədvəlində 63 xalla liderdir.
Əlavə edək ki, "Real" La Liqada 53 xalla 2-cidir. Onlar lider "Barselona"dan 9 xal geridədirlər.