08 mart 2023 19:33
328

Arauxo İspaniya vətəndaşı oldu

"Barselona"nın müdafiəçisi Ronald Arauxo rəsmən İspaniya vətəndaşı olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Uruqvay millisinin futbolçusu 2022-ci ilin dekabrında ölkə vətəndaşlığı üçün müraciət edib.

O, ötən həftə  rəsmi şəxsiyyəti təsdiq edən sənədini götürüb.

Ronald 2018-ci ildən "Barsa"nın akademiyasındadır. 24 yaşlı oyunçu Uruqvay millisində 12 oyuna çıxıb.