08 mart 2023 15:14
352

Potter "Çelsi"nin tarixinə düşdü

UEFA Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında Dortmund “Borussiya”sına qalib gələn (2:0) “Çelsi”nin baş məşqçisi Qrem Potter klubun tarixinə düşüb.

"İki sahil" BBC-yə istinadən xəbər verir ki, o, London klubunun baş məşqçisi kimi UEFA Çempionlar Liqasında pley-off mərhələsini keçən ilk ingiltərəli mütəxəssis olub.

"Zadəganlar” 2019/2020 mövsümündə ingilis məşqçi Frenk Lempardın rəhbərliyi altında pley-offda “Bavariya"ya uduzaraq, turnirlə vidalaşıb.

Qeyd edək ki, "Çelsi" Almaniyadakı ilk qarşılaşmada minimal hesabla (0:1) uduzsa da, iki görüşün nəticəsinə əsasən, 1/4 finala vəsiqə qazanıb.