"Benfika"nın baş məşqçisi Rocer Şmidt Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Brügge" üzərində inamlı qələbədən (5:1) sonra fikirlərini bildirib.
“İki sahil” xəbər verir ki, o, UEFA-nın saytına açıqlamasında bunları söyləyib: “Komanda ilə fəxr edirəm. Belçikadakı ilk oyundan sonra vəziyyət bizim xeyrimizə oldu, amma biz bu oyuna hörmətlə yanaşdıq. Çünki, bu Çempionlar Liqasının oyunu idi və turnirdə zəif rəqib yoxdur.
Bu matçda biz əla komanda olduğumuzu göstərdik. Meydana təkcə bizim üçün qazanılan nəticəni qorumaq üçün çıxmadıq. 1/4 finala layiq idik”.
Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə də "Benfika" qələbə qazanmışdı - 2:0.