"Benfika"nın futbolçusu Joao Mario əfsanəvi portuqaliyalı futbolçu Eysebionun rekordunu təkrarlayıb.
"İki sahil" "Opta"ya istinadən xəbər verir ki, o, buna Çempionlar Liqasının 1/8 finalının "Brügge" ilə cavab matçında (5:1) qol vurmaqla nail olub.
30 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında ardıcıl 5 oyundur qol vurur. Bunun daha əvvəl bacaran "Benfika"lı Eysebio olub. O, 1963-1964 mövsümündə ardıcıl 5 oyunda qol vurub. Həmin vaxt turnir Avropa Çempion Klublar Kuboku adlanırdı.