Azərbaycana münasibətdə ikili standartlar davam etməkdədir. Yüngülsayaq Qərb liderlərinin bəziləri dedi-qoduçu arvadlar kimi üzdə bir söz, daldada başqa söz danışmağı özlərinə sənət ediblər. İkiüzlü siyasəti yeridən o adamlardır ki, özlərini utanmadan dünyada demokratiyanın, haqqın ədalətin keşikçisi adlandırırlar. Heç olmasa şərəfsiz keçmişlərindən utanmırlar. Almaniya Kansleri Olaf Şoltsın babası Adolf Hitlerin bəşəriyyətə vurduğu yaralar hələ də sağalmayıb. Hitlerin ağılsız iddiaları ucbatından 50 milyona qədər insan öldürüldü və milyonlarla adam isə yaralanıb şikəst oldu. Onun əli 600000 nəfər günahsız azərbaycanlının qanına bulaşıb. Hələ onu demirik ki, yəhudi xalqını axırıncı nəfərinədək qırmağa çalışırdı. Bu gün də kimsə atasını, qardaşını, qohumunu axtarır. İndi də bu "qılaflı nemes" Olaf həya etmədən ortalığa düşüb ara qarışdırır, yanan ocağın üstünə su əvəzinə benzin tökür.
Olaf Şolts növbəti dəfə həddini aşaraq Ermənistan-Azərbaycan münaqişəsinin Qarabağda qalan ermənilərin “öz müqəddəratını təyinetmə” hüququnu nəzərdə tutan dinc həllinə tərəfdar olduğunu arzuladığını ifadə edib. Qarabağ məsələsinin tamamilə həll olunduğu bir vaxtda Olafın bu məsləhəti ermənilər üçün lap göydəndüşmə oldu.
Şolts bunu martın 2-də Almaniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra deyib. Demək olmaz ki, Olafın 35 il davam edən, tərəflər arasında iki dəfə aparılan müharibədən və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən, bir milyona qədər azərbaycanlının öz yurdundan didərgin salınmasından , Birinci və İkinci Qarabağ müharibələrində hər iki tərəfdən on minlərlə insanın öldürülməsindən və yaralanmasından xəbəri yoxdur. Xəbəri varsa və ədalətsiz danışırsa pis, xəbəri yoxdursa, daha pis.
Belə görünür ki, Nikol Paşinyana yarınan Şolts Ermənistan-Azərbaycan sərhədində hansısa “sabitsizlikdən” və Xankəndidə qalan ermənilərin humanitar vəziyyətin “pisləşməsindən” narahat olduğunu ifadə edib. Ardınca da mövcud status- kvonun davam edə bilməyəcəyini, uzunmüddətli həllə ehtiyac olduğunu söyləyib. Necə deyərlər, əsl "nemes" mövqeyi...
Almaniya Kanslerinin bu bəyanatı təəssüf doğursa da, bir çox Qərb siyasətçilərinin ikiüzlü mövqeyini ifadə etdiyindən təəccüblü görünmür.
Ancaq onun regionda 44 günlük müharibədən sonrakı vəziyyəti ifadə etməyən bu gülünc ritorikası hətta Nikol Paşinyanı da təəccübləndirib. Bəlkə də Paşinyan eşitdiklərinə inanmayıb və ya onu ciddi qəbul etməyib. Çünki erməni baş nazir son 2 il yarımda Ermənistanın xaç atası Rusiyada, Avropa və ABŞ-da belə bəyanatlar eşitməyib. Ümumiyyətlə, bu müddətdə o, “dağlıq Qarabağ” ifadəsi ilə rastlaşmayıb. Paşinyan ona görə təəccüblənib ki, Kansler hələ də fil qulağında yatıbmış. Onun bu sayıqlaması yuxudan "kal" durmuş uşağın ağzına gələni danışmasına oxşayır. Kanslerin mövqeyi Azərbaycan tərəfindən də təəccüblə qarşılanır. Yəni, bu boyda adam nə danışdığını bilmir?
Uzun illər Almaniya Avropa İttifaqında Azərbaycan-Ermənistan münaqişəsinə ədalətli yanaşması ilə seçilən ölkə idi. Keçmiş kansler Angela Merkel Azərbaycanla münasibətlərə xüsusi önəm verirdi və Qarabağla bağlı problemin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tapmasını dəstəkləyirdi. Eləcə də Almaniya Bundestaqı məhz suverenlik prinsipini dəstəkləyən bir neçə qətnamə qəbul edib və orada işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyi vurğulanıb. Şoltsun açıqlamasından isə belə məlum olur ki, o, özündən əvvəlki hökumətin mövqeyindən, Bundestaqın qətnamələrindən ya xəbərsiz olub, ya da adam Almaniyanın Cənubi Qafqaz ölkələri ilə bağlı beynəlxalq hüquqa, ədalətə söykənən siyasətini dəyişib. Əgər belədirsə, onda Merkelin ləçəyi Olafın başına olsun!
Daha bir maraqlı məqam Şoltsun Avropa İttifaqının (Aİ) Qarabağ probleminə yanaşması ilə kəskin fərqlənən mövqeyidir.
Xatırladaq ki, 2021-ci ilin dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşlərinə start verilib. Bu günə qədər fasilələrlə 4 görüş keçirilib və Mişelin şəxsində Aİ-nin mövqeyi Azərbaycanı qane edib. Belə görünür ki, Avropa liderlərindən biri olan Şolts nə Azərbaycanın, nə Avropa İttifaqının mövqeyinə hörmət qoyur, nə də barəsində boş-boş danışdığı demokratiya nağıllarından əl çəkir. Olafın qəribə mövqeyi “karın könlündəki” məsəlini xatırladır. Əgər Kansler Şolts millətlərin öz müqəddəratlarını təyin etməsini ürəkdən dəstəkləyirsə, onda Almaniyadakı millətlərə niyə bu hüququ vermir?
Vəli İlyasov, “İki sahil”