07 mart 2023 18:25
392

De Xea gələcəyi ilə bağlı qərar verdi

"Mançester Yunayted"in qapıçısı David de Xea gələcəyi ilə bağlı qərar verib.

"İki sahil" "The Telegraph"a istinadən xəbər verir ki, ispan qolkiper Mançester təmsilçisindən razıdır və klubda qalmaq niyyətindədir. "Mançester Yunayted" yeni qapıçı axtarışında olmasına baxmayaraq, futbolçu maaşını azaltmağa hazırdır.

Qeyd edək ki, De Xea həftədə təxminən 400 min funt sterlinq qazanır. Onun klubla müqaviləsi gələn ilin yayına başa çatır.