07 mart 2023 17:45
367

Ten Haq futbolçularını belə cəzalandırdı

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 26-cı turunda "Liverpul"a səfərdə 0:7 hesabı ilə uduzmalarından sonra futbolçularını cəzalandırıb.

“İki sahil” xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb. Ten Haq "Liverpul"la oyundan bəzi epizodların videosunu futbolçularına izlətdirib. Bu yolla mütəxəssis məğlubiyyətə görə oyunçularını incitməyə və əsəbiləşdirməyə çalışıb.

Həmçinin bildirilir ki, Ten Haq özü tərəfindən kluba gətirilən niderlandlı idman psixoloqu Reyner Kers ilə daha çox psixoloji dərslərin keçirilməsini istəyib.

Qeyd edək ki, "qırmızı şeytanlar" "Liverpul"a 0:7 hesabı ilə məğlub olmaqla klub tarixinin 92 illik antirekordunu təkrarlayıblar. Mançester təmsilçisi daha əvvəl eyni hesabla “Blekbern” (1926-cı il), “Aston Villa” (1930-cu il) və “Vulverhempton”a (1931-ci il) da uduzub.