07 mart 2023 17:30
476

Azərbaycanın dövlət müstəqilliyi əbədidir

Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır. Bir xalq,bir insan üçün ən böyük sərvət müstəqil bir dövlətdə yaşamaqdır.Zəngin tarixi keçmişə malik xalqımız tarixin müxtəlif dövrlərində azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizələr aparıb.Bu yolda yeri gəlib öz canlarını sipər ediblər. Müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi də əldə saxlamaq mümkün deyil.   
Xalqımızın tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə dövlət müstəqilliyini iki dəfə elan edən dövlətimiz üçün bu tarixdə bir mücadilə olub: nə olursa-olsun, müstəqil dövlət olmaq!

Bu amal uğrunda addım-addım irəlilənmiş, uğrunda şəhidlər verilmişdir.Xalqın tarixi mübarizəsini dövrün tarixi şəxsiyyətləri qələbəyə səfərbər edə bilir, edir. Mübarizənin məqsədi, niyyəti xalqı öz ətrafında sıx birləşdirir və mübarizə ümumxalq mübarizəsinə çevrilir. Ötən əsrin əvvəllərində belə bir mübarizə başladı və 1918-ci il mayın 28-də tarixə bir ad yazıldı: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı, əvvəlcə Naxçıvan Muxtar Respublikasına, az sonra isə bütövlükdə ölkəyə rəhbərlik etməsi dövlət quruculuğunun və ictimai-siyasi proseslərin məqsədyönlü şəkildə idarə olunmasına, irəli aparılmasına, inkişaf etdirilməsinə şərait yaratmışdı.

1993-cü ildə xalqın təkidli tələblərindən sonra ikinci dəfə ölkədə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın inkişafı üçün böyük əmək sərf etdi. Biz şahid olduq ki, həmin dövrdə Azərbaycan vətəndaş müharibəsindən, ərazisi parçalanmaqdan, qanunsuz silahlı dəstələrdən yalnız Heydər Əliyevin qətiyyəti və inamı hesabına xilas oldu. Ulu Öndərin qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Dahi şəxsiyyətin səyləri ilə qısa müddət ərzində ölkədə stabillik yaradıldı, cəbhə xəttində atəşkəsə nail olundu, iqtisadi islahatlara başlanıldı, bərpa-quruculuq işlərinə start verildi. Iqtisadi inkişafa təkan verəcək beynəlxalq miqyaslı layihələr imzalandı və onların icrasına başlanıldı. 1995-ci il may ayının 27-də Respublika sarayında Respublika Günü (Müstəqillik Günü) münasibətilə keçirilən təntənəli yığıncaqda geniş nitqlə çıxış edən Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir.” Ömrünün sonuna kimi o, bu sözlərinə sadiq qalaraq ölkəmizin inkişafı və hərtərəfli tərəqqisi üçün çalışdı. Buununla da Azərbaycan tarixində əbədi iz qoydu. Bu gün Ulu Öndər Heydər Əliyev ideyaları Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşdan sonra qazandığımız tarixi Qələbə həm də dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi. Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!

Günel Hüseynzadə,
YAP Xətai rayon təşkilatının "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının