07 mart 2023 09:14
362

Əliyar Ağayev UEFA Konfrans Liqasının oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasında növbəti dəfə təyinat alıb.

“İki sahil” xəbər verir ki, təcrübəli hakim Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.