06 mart 2023 15:13
384

Ançelotti üçün 1 ay vaxt

"Real" baş məşqçisi Karlo Ançelottinin işindən narazıdır.

“İki sahil” xəbər verir ki, bu haqda ESPN məlumat yayıb. Növbəti 1 ay ərzində 63 yaşlı mütəxəssisin Madrid klubunda gələcəyi müəyyənləşəcək.

Mövsümün bu hissəsində "Real" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununu "Liverpul"a qarşı keçirməli, "Barselona" ilə La Liqada və İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçında qarşılaşmalı olacaq. Qazanılan nəticələr Ançelottinin gələcəyinə aydınlıq gətirəcək.

Qeyd edək ki, "Real" hazırda La Liqada 53 xalla 2-cidir. Onlar lider "Barselona"dan 9 xal geri qalırlar. Madrid təmsilçisi ÇL-in 1/8 finalında "Liverpul"a 5:2 hesabı ilə qalib gəlib. Cavab oyunu martın 15-də İspaniyada olacaq.