06 mart 2023 14:12
398

Bu dəfə gənc bədii gimnastlarımız fəxri kürsüdə

İlin ilk uğurunu ötən il Macarsıtanda keçirilən beynəlxalq turnirdə qazanan bədii gimnastlarımız bu ay daha bir nailiyyətə imza atıblar.

Azərbaycan Gimnastika Federasiyasından "İki sahil"ə bildirilib ki, bu dəfə gənc gimnastlarımız fərqləniblər. Martın 2-dən 6-dək Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq turnir qrup hərəkətləri yığmamızın 3 gümüş medalı ilə yadda qalıb.

Yarışda ölkəmizi təmsil edən Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənc gimnastlarımız çoxnövçülüklə yanaşı, 5 ip və 5 topla hərəkətlərin icrasında fəxri kürsünün ikinci pilləsində yer alıblar.