Azərbaycan Respublikası suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan bir dövlətdir. Dünya dövlətləri ilə ikitərəfli görüşlərdə , eləcə də müxtəlif beynəlxalq təşklatların sammitlərdə hökumət təmsilçiləri , xüsusən də cənab Prezident dövlətimizin ali məqsədlərinin ifadəçisi olmuş və xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmışdır.
Belə toplantılardan biri də martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü oldu.
Qoşulmama Hərəkatına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sədrlik edirdi.
Qoşulmama Hərəkatının sədri olaraq məqsədin ədaləti və beynəlxalq hüququ müdafiə etmək olduğunu bildirən İlham Əliyev qeyd etdi ki, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş, zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınmış, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad etmişdir.
Dövlət başçımız tərəfindən həmin Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklif edilmiş və irəli sürülən təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazanmışdır.Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış etmiş , sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanmış ,Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilmişdir.
Bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi” pandemiya ilə mübarizədə ciddi maneə idi. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.
Beləliklə , Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü , ilk iclasın 2022-ci ilin iyun ayında Bakıda keçirilməsi,bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılması onu deməyə əsas verir ki , Azərbaycan institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaq niyyətindədir.
Prezident İlham Əliyev zirvə toplantısında qeyd etdi ki ,COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək. Dövlət rəhbərimiz həmçinin iki qlobal çağırışı bəyan etdi. Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Qeyd edək ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır. İnanırıq ki , dövlətimizin bu humanist addımına Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri də dəstək verəcəklər.
Başqa bir məsələ isə ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycanın hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsidır. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir və Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edir
Haqq səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edən Prezident İlham Əliyev bildirdi ki, münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. Bəzi qətnamələri bir neçə günün içində icra olunan BMT Təhlükəsizlik Şurası Azərbaycana gəldikdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnaməyə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi ki , baş verirdi.
Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır. Ali baş Komandan İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür etdi.
Bütün dünya əmin ola bilər ki , dövlət başçımızın Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti nəticəsində Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərgüclənəcək və öz töhfəsini verəcəkdir.
Yeganə Məhərrəmova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü