Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı da məhz Azərbaycan sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayıb.
Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-cu ildən indiyə kimi bu təşkilata sədrlik etdiyi dövr ərzində qurumun bütün toplantılarında respublikamızla, eləcə də beynəlxalq aləmlə bağlı həqiqətləri dünyaya yayıb. Məhz bunun nəticəsidir ki, artıq dünya dövlətləri tərəfindən Azərbaycan etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi tanınıb. BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar tərəfindən respublikamızla əməkdaşlıq strateji prioritet kimi müəyyənləşdirilib. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunan sammit səviyyəli görüşündə səsləndirilən fikirlər də bunun bariz ifadəsidir. Burada bir məsələni də bildirim ki, Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-cu ildən indiyə kimi bu təşkilata sədrlik etdiyi dövr ərzində qurumun bütün toplantılarında respublikamızla, eləcə də beynəlxalq aləmlə bağlı həqiqətləri dünyaya yayıb. Əlbəttə, bundan əsas məqsəd Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq ədaləti və beynəlxalq hüququ müdafiə etmək olub.
Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınıb. Bu təşəbbüs nəticəsində isə Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Hərəkata üzv dövlətlərin ehtiyaclarını müəyyənləşdirəndə məhz həmin məlumat bazasına əsaslanıb.
COVID-19-a qarşı qlobal səyləri birləşdirmək məqsədi ilə Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təşəbbüsü reallaşandan sonra bu pandemiya kimi dəhşətli bəlaya qarşı beynəlxalq həmrəylik yarandı, Hərəkatın koronavirusla mübarizədə liderlik fəaliyyəti uğurla reallaşdı. Həmin dövrdə ciddi nəzərə çarpan bir sıra imkanlı ölkələrin “peyvənd millətçiliyi” tənqidlə qarşılandı. Bu, COVID-19 ilə mübarizədə ciddi maneə kimi qiymətləndirildi. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini gerçəkləşdirmək məqsədilə 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilən iki qətnamənin təşəbbüskarı kimi tanındı.
Açıqlamada o da diqqətə çatdırılaraq qeyd edilib ki, həmin dövrdə Azərbaycan Qoşulmama Hərəkatı üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi.
Azərbaycan adı çəkilən nüfuzlu quruma rəhbərlik etdiyi dövrdə dövlətimizin başçısı İlham Əliyev digər qlobal məsələlərə də münasibət bildirib. Bu, əsasən, suverenliyi və ərazi bütövlüyü pozulan, daxili işlərinə müdaxilə olunan ölkələr haqqında söhbət açılarkən diqqətə çatdırılıb. Belə bir məsələdə aparıcı beynəlxalq təşkilatların qərarlarının icra olunmaması, selektiv yanaşma və ikili standartların tətbiq edilməsi ciddi narahatlıqla ifadə olunub.
Yeri gəlmişkən, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammit səviyyəli görüşündə də vurğulanan narahatlıqlar səsləndirilib.
Ülkər Məmmədzadə,
6 saylı Bakı “ASAN xidmət” mərkəzi,
Baş mütəxəssis,
YAP Xətai rayon təşkilatının fəalı