05 mart 2023 22:41
429

"Liverpul" "Mançester Yunayted"ə 7 qolla qalib gəldi

İngiltərə Premyer Liqasında 26-cı tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, turun mərkəzi matçı son oyun gününə təsadüf edib.

"Liverpul" öz meydanında "Mançester Yunayted"i qəbul edib. Mersisayd təmsilçisi "Enfild" stadionunda keçirilən qarşılaşmada 7 cavabsız qolla qələbə qazanıb.

"Liverpul" - "Mançester Yunayted" - 7:0

Qollar: Qakpo, 43, 50, Nunyes, 47, 75, Salah, 66, 83, Firmino, 88

Bu qələbə ilə xallarını 42-yə çatdıran "Liverpul" 5-ci pilləyə yüksəlib. 49 xalı olan "Mançester Yunayted" isə 3-cü sırada qərarlaşıb. Turnir cədvəlinə 63 xalla "Arsenal" başçılıq edir.